Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mövlud Çavuşoğlu:Türkiyə hər zaman bütün variantlarda Azərbaycana yardım göstərməyə hazırdır

30.09.2020 [14:10]

Xəbərin mətni

Ermənistan beynəlxalq hüquqa məhəl qoymur.AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlamasında deyib.Onun sözlərinə görə, Türkiyə hər zaman bütün variantlarda Azərbaycana yardım göstərməyə hazırdır:"Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, öz həllini tapmır, indiyə kimi müxtəlif təkliflər olsa da, bu məsələ həll edilməyib. BMT qətnamələri yerinə yetirilməlidir. Təəssüflər ki, bu qətnamələrin heç birinə məhəl qoyulmur. Məhz bu səbəbdən də Azərbaycan öz torpaqlarını özü azad etmək istəyir.M.Çavuşoğlu bildirib ki, Azərbaycan başqa ərazidə deyil, öz ərazisində mübarizə aparır: "Buna görə də Azərbaycan və Ermənistana eyni münasibətlə yanaşmaq olmaz".Nazir, guya Türkiyənin Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı bildirib ki, buna ehtiyac yoxdur və Prezident İlham Əliyev də bunu qeyd edib: "Həqiqətən də Azərbaycanın buna ehtiyacı yoxdur. Əksinə olaraq Ermənistan başqa ölkələrdən dəstək alaraq Azərbaycana qarşı hərbi təxribat həyata keçririr.

BÖLMƏNİN DİGƏR VİDEOLARI