CƏMİYYƏT


Şanlıurfa bələdiyyəsinin xilasetmə dəstələri Azərbaycana dəstək aksiyası keçiriblər

Şanlıurfa bələdiyyəsinin xilasetmə dəstələri qardaş Azərbaycana dəstək aksiyası keçiriblər.AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, xidmət avtomobilləri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Nəqliyyat vasitələri şəhər küçələri boyunca hərəkət edib.Şanlıurfa bələdiyyəsinin nümayəndəsi bildirib ki, bu aksiyanın məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünü və hərbi təxribatlarını pisləmək və qardaş ölkəni könüldən dəstəkləməkdir. İnşallah Azərbaycan torpaqları Ermənistanın işğalından azad olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır