SİYASƏT


Müdafiə Nazirliyi: Düşmənin ehtiyat qüvvələri məhv edilib

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağ atıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkarlanaraq atəş zərbəsi ilə məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır