SİYASƏT


Vyetnam telekanalı Ermənistanın hərbi təxribatı barədə sujet yayımlayıb

Vyetnamın milyonlarla izləyicisi olan VTC1 televiziya kanalında Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yaranmış vəziyyət barədə ətraflı video süjet nümayış etdirilib.AZƏRTAC xəbər verir ki, süjetdə ölkəmizin Vyetnamdakı səfirliyində Ermənistanın son təxribatı ilə əlaqədar keçirilən mətbuat konfransında deyilən fikirlərə istinad olunub. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hücümları nəticəsində 5 üzvdən ibarət ailə də daxil olmaqla, çoxsaylı mülki şəxs həyatını itirib, onlarla insan yaralanıb, yüzdən çox ev dağıdılıb.