SİYASƏT


Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən yeni görüntülər

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan yeni azad edilən ərazilərimizin görüntüləri yayılıb.
AZƏRTAC xəbər verir ki, görüntülərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən düşmən ordusuna məxsus silah-sursatın ələ keçirilməsi əks olunub. Kadrlardan görünür ki, düşmən xeyli sayda texnikasını və silah-sursatını döyüş mevqələrində tərk edərək qaçıb.
Hazırda Azərbaycan Ordusu işğal altındakı digər ərazilərin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır