SİYASƏT
Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ problemi kökündən həll edilməlidir
02.10.2020 [19:30]
Xəbərin mətni
Əgər beynəlxalq ictimaiyyət nəsə etmək istəyirsə, o zaman Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxarsın.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyada rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu italyan həmkarı Luici Di Mayo ilə birgə mətbuat konfransında söyləyib. Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının Ermənistanı cəsarətləndirdiyini və hücumlara ruhlandırdığını bildirən M. Çavuşoğlu bu dövlətin, həmçinin işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə başqa ölkələrdən gələn erməniləri yerləşdirmək istiqamətində də səylər göstərdiyini diqqətə çatdırıb.