Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan ordusuna məxsus daha bir texnika ələ keçirilib

02.10.2020 [23:07]

Xəbərin mətni

Cəbhənin Füzuli istiqamətində ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları davam edir. Bu istiqamətdə geri çəkilən düşmənin daha bir texnikası bölmələrimiz tərəfindən ələ keçirilib.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun əks-həmləsi və sarsıdıcı zərbələri nəticəsində böyük ruh düşkünlüyünə qapılan düşmən yenə də özünə məxsus texnikanı, silah-sursatı açaraq qaçıb.Hərbçilərimiz tərəfindən ələ keçirilən bugünkü texnika “Zil-131” markalı hərbi avtomaşın olub. Texnikanın içərisində ermənilərə məxsus su qabları, çanta və digər əşyalar var.

Bölmənin digər videoları