SİYASƏT


Azərbaycan Prezidenti: Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq

Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim beynəlxalq hüquqa tamamilə müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirib.