SİYASƏT


Monteneqro Dövlət Televiziyasında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları haqqında veriliş yayımlanıb

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Mahir Cəfərov bu ölkənin RTCG 1 dövlət telekanalında “Sabahınız xeyir, Monteneqro” adlı proqramın canlı yayımında iştirak edərək, Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı müsahibə verib.