SİYASƏT


Dövlət Baxçalı: İşğal altındakı ərazilər azad edilməli, Dağlıq Qarabağda Azərbaycan bayrağı yüksəlməlidir

Ermənistan-Azərbaycan münaqişəsinin atəşkəs, dialoq, danışıqlar, diplomatiya və sair üsullarla həllinə dair təkliflər hiyləgərcəsində fikirləşilən tələ və məğlubiyyətin təsdiqidir. Təcavüzkar düşmənin beli qırılmayana və hərbi zəfər siyasəti təsdiq edilməyənə qədər danışıqlar masasına oturmaq işğalçıya güzəşt olar. Ermənistanın silahlı dəstələri ya Dağlıq Qarabağdan çəkiləcək, ya da əziləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı rəhbərlik etdiyi partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan deputatlarının qrup toplantısındakı çıxışında ifadə edib.