SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan heç vaxt mülki əhaliyə qarşı müharibə etməyib

Bizim mübarizəmiz erməni xalqı ilə deyil. Mən bunu artıq bir neçə dəfə açıqlamışam. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu CNN-Türk televiziyasına müsahibəsində aparıcının “Ermənistanın mülki yaşayış məntəqələrini atəşə tutmağa davam edəcəyi təqdirdə hazırkı mövqeyinizdə bir dəyişiklik olacaqmı?” sualına cavabında söyləyib.