SİYASƏT


Azərbaycan Prezidenti: Əgər vasitəçilər vasitəçi kimi qalmaq istəyirlərsə, daha məsuliyyətli olmalıdırlar

Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əks təqdirdə onların vasitəçilik missiyası sual altına düşür.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində bildirib.