CƏMİYYƏT


Suqovuşandan Tərtər çayına bol su gəlir - 28 illik həsrətə son qoyuldu

Suqovuşan kəndinin işğaldan azad edilməsi aqrar sahənin inkişafına səbəb olacaq. Belə ki, Suqovuşandakı su anbarının 28 il işğal altında qalması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax, Goranboy rayonlarının əkin sahələrinin suvarılmasında çətinlik yaratmışdı. Artıq Azərbaycan Ordusunun işğaldan azad etdiyi su anbarından Tərtərçaya su verilib. Tərtərçay indi bol su ilə axır. Bu isə o deməkdir ki, əkin sahələrinin suvarılmasında problem olmayacaq.