SİYASƏT


Prezident İlham Əliyev: Düşmən ölkənin xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar

Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkir. Onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. İndi o qənimət kimi götürülmüş hərbi texnikadan biz istifadə edirik. Onların tankları onlara qarşı indi döyüş meydanında vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü.