SİYASƏT


Prezident: Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızı heç kimə verməyəcəyik

Bu gün Moskvada keçiriləcək görüş hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, onları o, qəbul etmir. Demişdi ki, bir qarış torpaq Azərbaycana verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun bunun dabanını yalaya-yalaya özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri xalqa müraciətində səsləndirib.