SİYASƏT


Prezident: Azərbaycan xalqı mənə inanır, mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm

Biz nə vaxt nəyi edəcəyimizi yaxşı bilirik. Ona görə bu gün də bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib.