Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri görülür

10.10.2020 [11:16]

Xəbərin mətni

Son günlərdə koronavirusa yoluxanlarının sayında artımın olması nəzərə alınaraq, oktyabrın 10-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti - on dördüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin çoxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin iki gün ərzində keçirilməsi qərara alınıb.