SİYASƏT


Ermənistan silahlı qüvvələri azərbaycanlı dinc əhaliyə qarşı qadağan olunmuş kaset sursatlardan və ağ fosforlu mərmilərdən istifadə edib

Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq, azərbaycanlı dinc əhaliyə qarşı qadağan olunmuş hərbi sursatlardan istifadə edib. Onların arasında kaset sursatlar və ağ fosforlu mərmilər də var. Hansı ki, bu silahların mülki ərazilərə qarşı istifadə olunması beynəlxalq humanitar hüquq prinsiplərinə ziddir.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) keçirdiyi mətbuat konfransında bildirilib.