Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vyetnamda keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana ciddi təzyiq göstərilməsinin vacibliyi vurğulanıb

10.10.2020 [14:25]

Xəbərin mətni

Vyetnamda “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: son gərginlik və münaqişənin regional təhlükəsizliyinə təsiri” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Vyetnamdakı səfirliyinin təşkil etdiyi tədbirin məqsədi Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribat nəticəsində yaranmış vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinin atəşə tutulması, nəticədə mülki əhali arasında ölən və yaralananlar, habelə Azərbaycan Ordusunun bu hücumların qarşısının alınması məqsədilə əks-hücum əməliyyatı, ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasəti barədə Vyetnam ictimaiyyətinə məlumat vermək olub.

Bölmənin digər videoları