SİYASƏT


Türkiyədə Azərbaycana dəstək aksiyası keçirilib

Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Azərbaycana dəstək aksiyası keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir Gölcük bələdiyyəsinin və Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə baş tutub.Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı aksiyada əvvəlcə ölkələrimizin dövlət himnləri səsləndirilib.Tədbirdə çıxış edən Gölcük bələdiyyəsinin sədri Ali Yıldırım Sezer, bələdiyyə məclisinin üzvləri, bölgədə fəaliyyət göstərən dövlət icraiyyə komitələrinin rəhbərləri, siyasi partiyaların və QHT-lərin təmsilçiləri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığı haqqında danışıblar.