SİYASƏT


Azərbaycan Prezidenti: Türkiyə münaqişənin siyasi yollarla həllində mütləq fəal rol oynamalıdır

Bir daha demək istəyirəm ki, Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında mütləq fəal rol oynamalıdır. Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində səsləndirib.