SİYASƏT


Prezident İlham Əliyev: Gəncə şəhərinə xain hücum Ermənistanın növbəti terror aktıdır

Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Ermənistanın Gəncəyə qəddar hücumu ilə bağlı suala cavabında səsləndirib.