SİYASƏT


Prezident İlham Əliyev: Gəncəyə hücum bir daha göstərdi ki, atəşkəsi kim istəmir

Türkiyə hər zaman olduğu kimi, bizi bu məsələ ilə bağlı bir daha açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verib. Digər ölkələr də belə açıqlamalar edib.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Haber Türk” televiziya kanalına müsahibəsində Ermənistanın Gəncəyə hücumuna beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin reaksiyası haqqında danışarkən bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır