SİYASƏT


Azərbaycan Prezidenti “Haber Türk” telekanalına müsahibəsində Dağlıq Qarabağın sülhdən sonrakı modelindən danışıb

Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibari ilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində davam edir. beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın içindən – Şuşadan, Xankəndidən və orada bir çox köylərdə azərbaycanlılar yaşayıb, orada Azərbaycan vətəndaşları qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir.