SİYASƏT


Prezident İlham Əliyev: Biz həmişə öhdəliyimizə sadiqik, atəşkəs rejimini pozan Ermənistandır

Biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilib. Bu, həmişə bizim mövqeyimiz olub.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “France 24” televiziya kanalına müsahibəsində atəşkəs rejiminin pozulması ilə bağlı suala cavabında bildirib.