SİYASƏT


Prezident: Azərbaycan münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqdir

Toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “France 24” televiziya kanalına müsahibəsində diplomatik proseslə bağlı sualı cavablandırarkən bildirib.