SİYASƏT


Mövlud Çavuşoğlu: Türkdilli ölkələrin Azərbaycanla həmrəyliyi çox vacibdir

Ermənistanın son zamanlar Azərbaycana qarşı artan hücumları bizi daha məsuliyyətli olmağa çağırır. Azərbaycan torpaqlarının 20 faizini təxminən 30 ildir işğal altında saxlayan Ermənistan digər ərazilərə də hücumlar edir, mülki insanları atəşə tutur. Ermənistanın bu hərəkətləri müharibə cinayətləridir.AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əhməd Yasəvi Türk-Qazax Beynəlxalq Universitetinin 2020-2021-ci tədris ilinin açılış mərasimində onlayn formatda çıxışı zamanı söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır