SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan Ordusu hər gün uğurlu əməliyyatlar keçirir

Azərbaycan Ordusu demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin NTV kanalına müsahibəsində deyib.