SİYASƏT


“Национална ТВ” televiziya kanalında Ermənistanın təcavüzkar siyasəti haqqında ətraflı məlumat verilib

Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Serbiyanın “Национална ТВ” kanalının “Nəzər nöqtəsi” verilişinin canlı efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və Ermənistanın təcavüzkar siyasəti haqqında ətraflı məlumat verib.AZƏRTAC xəbər verir ki, Azərbaycanın bütün ölkələrin, o cümlədən Serbiyanın da ərazi bütövlüyünü tanıdığını və beynəlxalq ictimaiyyətdən və digər ölkələrdən eyni yanaşmanı gözlədiyini, bütün münaqişələrin həlli üçün beynəlxalq hüququn əsas götürülməli olduğunu bildirib.