SİYASƏT


İsveçdəki həmyerlilərimiz: Biz daha bu haqsızlığa dözə bilmərik

İsveçdəki Azərbaycan diasporu, Dağlıq Qarabağda baş verən toqquşma və Ermənistanın dinc Azərbaycan şəhər və kəndlərinə edilən raket hücumuna cavab olaraq Stokholmun Sergel meydanında dövlətimizə və əsgərimizə dəstək mitinq keçirib.
AZƏRTAC xəbər verir ki, mitinqə toplaşan yüzlərlə həmvətənlimiz, habelə türk və digər icmaların nümayəndələri ölkəmizin haqq səsinin İsveçdə eşidilməsi üçün İsveç, ingilis və Azərbaycan dillərində bir neçə bəyanat oxuyublar.