Xocavənd sakini: 28 ildir ki, doğma kəndimizi yaddaşımda, xatirələrimdə yaşatmışam
18.10.2020 [14:30]
Xəbərin mətni
İyirmi səkkiz ildən sonra doğma yurdlarının işğaldan azad olunmasının sevincini Xocavənd rayonunun Axullu kəndinin sakinləri də yaşayırlar. Axullu sakinləri indi doğma kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.AZƏRTAC-ın bölgə müxbiri Ağcabədidə məskunlaşan Axullu sakinləri ilə görüşüb, onların sevincinə şərik olub.