SİYASƏT


Rəcəb Tayyib Ərdoğan:Azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparırlar

Qarabağda yaşananlar bizə ayrı-seçkiliyin göz yaşlarından başqa bir nəticə gətirmədiyini göstərib. Biz elə buna görə azərbaycanlı qardaşlarımızın yanındayıq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnak təşkilatının konfransındakı çıxışında səsləndirib.