Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan, Türkiyə və Ukrayna birliyinin bariz nümunəsi

20.10.2020 [10:50]

Xəbərin mətni

Oktyabrın 19-da Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Azərbaycan: 29 illik müstəqillik. Yeni reallıqlar və yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.AZƏRTAC xəbər verir ki, dəyirmi masada Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə, Ukrayna Ali Radasının deputatları, siyasi, hərbi ekspertlər, Azərbaycanın diaspor rəhbərləri, yerli KİV nümayəndələri iştirak ediblər. UNİAN informasiya agentliyinin akt zalında keçirilən tədbir sosial şəbəkələr vasitəsilə onlayn yayımlanıb.