Tokioda “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum” mövzusunda brifinq keçirilib
20.10.2020 [11:24]
Xəbərin mətni
Yaponiyanın hökumət orqanlarının cəmləşdiyi Tokionun Naqataço rayonunda yerləşən konfrans mərkəzində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum” mövzusunda brifinq keçirib. Brifinqdə Yaponiya KİV-lərinin, aparıcı beyin mərkəzlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.