DÜNYA


Gürcüstanda insanları girov götürən silahlı şəxs 500 min dollar və helikopter tələb edir

Zuqdidi şəhərində Gürcüstan Bankının yerli şöbəsində əməkdaşları və müştəriləri dörd saata yaxındır girov saxlayan silahlı şəxs onların azad edilməsi müqabilində 500 min dollar və helikopter tələb edir.AZƏRTAC “Sputnik Qruziya” saytına istinadla xəbər verir ki, bir neçə dəqiqə əvvəl bankın binasından daha iki girov buraxılıb.