CƏMİYYƏT


Ermənistanın Kürdəmirə atdığı ballistik raket yaşayış məntəqəsinin yaxınlığına düşüb

Oktyabrın 22-də səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib və cəbhə zonasından 150 kilometrdən çox uzaqda yerləşən Kürdəmir rayonuna “Skad” ballistik taktiki raketi atıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, böyük dağıdıcı gücə malik olan bu raketin yaşayış məntəqəsinə hədəflənməsi düşmənin əsl niyyətini göstərir. Raket düşdüyü ərazidə böyük çuxur yaradıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır