SİYASƏT


Azərbaycan səfiri Litva mətbuatına müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

Litvada böyük oxucu kütləsinə malik “Alkas” xəbər portalında Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevin videomüsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Tamerlan Qarayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi və hüquqi aspektləri, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və təxribatları, eləcə də mülki əhalinin, infrastrukturun və mədəni abidələrin atəşə məruz qalması, o cümlədən torpaqlarımızın işğalının regiondakı sülhə, sabitliyə və təhlükəsizliyə göstərdiyi mənfi təsirlər barədə ətraflı şəkildə məlumat verib.