SİYASƏT


Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinin rəhbəri Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı brifinq keçirib

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü və BMT-nin Cenevrədəki Bölməsi yanında akkreditə olunmuş media nümayəndələri və müxbirlərini birləşdirən BMT-də Akkreditə Olunmuş Müxbirlərin Assosiasiyasının (ACANU) təşkilatçılığı ilə daimi nümayəndə, səfir Vaqif Sadıqovun bu il sentyabrın 27-dən davam edən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü barədə mətbuat brifinqi təşkil edilib.