CƏMİYYƏT


Xaçmazda məskunlaşan kəlbəcərlilər doğma yurdlarının tezliklə azad olunacağına əmindirlər

Hər gün cəbhədən sevindirici xəbərlərin gəlməsi, Ali Baş Komandanın çıxışları Vətən həsrəti ilə yaşayan hər bir vətəndaşımızda böyük inam və qürur hissi yaradır. Otuz ilə yaxındır yurd həsrəti çəkən kəlbəcərlilər də doğma torpaqlarının düşmən tapdağından azad olunması xəbərini səbirsizliklə gözləyirlər. Onlar əmindilər ki, Kəlbəcərə dönəcəkləri gün uzaqda deyil.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazın Nabran kəndindəki “Dostluq” turizm bazasının ərazisində 40-a yaxın kəlbəcərli ailə yaşayır.