CƏMİYYƏT


İyirmi yeddi il öz ünvanını gözləyən açar – Zəngilanlı köçkün ailəsindən reportaj

Zəngilan rayonunun Havalı kənd sakinləri olan Əliyevlər ailəsi Saatlı rayonunun Əlisoltanlı kəndindəki məcburi köçkün qəsəbəsində məskunlaşıb. Onlar 27 il əvvəl torpaqlarından didərgin düşərkən özləri ilə götürdükləri evlərinin açarını tezliklə geri qayıdacaqları günün ümidi ilə indiyədək saxlayıblar. Nəhayət o gün gəlib çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu oktyabrın 20-də Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın bir neçə yaşayış məntəqəsini düşməndən azad edib. Bu yaşayış məntəqələri arasında Havalı kəndi də var.AZƏRTAC-ın bölgə müxbiri Əliyevlər ailəsinin qonağı olub, onların sevincini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır