DÜNYA


Nitsa şəhərində bıçaqla silahlanmış şəxs insanlara hücum edib

Fransanın Nitsa şəhərində bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.Cinayət bu gün səhər saatlarında Notr-dam kilsəsinin yaxınlığında törədilib. Hadisənin terror aktı olduğunu ehtimal edən Nitsa şəhərinin meri Kristian Estrozinin sözlərinə görə, polis əməkdaşlarının operativ müdaxiləsi sayəsində cinayətkar tutulub.Daxili İşlər naziri Jerald Darmanen baş verənlərlə əlaqədar nazirlikdə böhran qərargahı yaradıldığını bildirib.