CƏMİYYƏT


Kamran Əliyev: Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb

Sentyabrın 27-dən oktyabrın 30-dək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanmaqla istintaq olunur. Bu cinayət işlərindən 45-nin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır. Onlardan 39 cinayət işi raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji obyektlərə vurulması, 5-i muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi, 1-i isə tarixi abidələrin məhv edilməsi və ekologiyaya qarşı cinayətlərlə bağlıdır. Ümumilikdə muzdluların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarlarla bağlı 3 cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin Baş istintaq idarəsi, 4 cinayət işi isə Hərbi Prokurorluq tərəfindən istintaq olunur.