CƏMİYYƏT


Səbail rayonunda kafe və mağazalardan oğurluq edən 3 qardaş saxlanılıb

Səbail rayonunun 20-ci sahə ərazisində yaşayan paytaxt sakini Ramin Tağıyev polisə müraciət edərək ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1700 manat dəyərindən müxtəlif çeşidli tütün məmulatları oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb.