CƏMİYYƏT


Daş Veysəlli sakini: Kəndimizi tərk edəndə övladımı qucağımda gətirmişdim, indi isə körpə nəvəmlə qayıdacağam

Şanlı ordumuzun zəfər yürüşü nəticəsində azad edilən yaşayış məntəqələrimizin sakinlərinin 27 illik arzuları gerçəkləşir. Belə yaşayış məntəqələrimizdən biri də Cəbrayılın Daş Veysəlli kəndidir. Bu kənddən olan Səfərli ailəsi illər öncə doğma kəndlərindən çıxarkən götürdükləri Qarabağ xalçasını kəndlərinə qayıtmaq ümidi ilə qoruyub saxlayıb və artıq arzularının reallaşmasına sayılı günlər qalıb.