SİYASƏT


Rəcəb Tayyib Ərdoğan Şuşanın azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın qəlbi Şuşanın azad olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kocaeli təşkilatının konqresindəki çıxışında Şuşanın işğaldan azad edildiyini bildirərək deyib: “Şuşa zəfərini təbrik edirəm. Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Şuşanın qurtuluşu işğal altında qalan digər torpaqların da azad ediləcəyinin yaxın olduğunu göstərir”.