SİYASƏT


Prezident İlham Əliyev: Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.