Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamın yaşayış məntəqələri artilleriya atəşinə tutulub - Qaradağlı kəndindən REPORTAJ

09.11.2020 [14:27]

Xəbərin mətni

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, ticarət obyektlərinə, təsərrüfatlara ziyan dəyir.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Ağdam rayonunun ən çox ziyan dəyən yaşayış məntəqələrindən biri də Qaradağlı kəndidir.