SİYASƏT


Hikmət Hacıyev: Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki dağıntıların miqyası ağlasığmazdır

Otuz ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki dağıntıların miqyası ağlasığmazdır.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, hətta kərpic və daş da talan edilib. Ermənistanın törətdiyi bu cür dağıntılar tezliklə geri qayıdacaq məcburi köçkünlərə daha yaxşı gələcək qurmaq üçün tikinti-quruculuqla əvəz olunacaq.