CƏMİYYƏT


Təqaüdçü müəllim: Cəbrayıla qayıtdıqda bir il təmənnasız müəllim işləyəcəyəm

İyirmi səkkiz illik Vətən həsrətinə nəhayət ki, son qoyuldu. İndi məcburi köçkünlərimiz tezliklə öz ata-baba torpaqlarına qayıtmağı, qurub-yaratmağı düşünürlər. Onların arasında Cəbrayıl sakinləri də var. Rayonun Daş Veysəlli kəndinin təqaüdçü müəllimi İsmayıl Quliyev Cəbrayıla qayıtdıqda 1 il təmənassız müəllim işləyəcəyini əhd edib və indi həmin arzu reallaşmaq üzrədir.
Cəbrayılın Daş Veysəlli kəndinin sakinləri torpaqlarımızın işğaldan azad edilməsi xəbərinə görə sevinc içindədirlər. Arzuları çin olan sakinlər doğma yurdlarında həyatlarına davam etməyi səbirsizliklə gözləyirlər.