CƏMİYYƏT


Şuşa sakinləri bu qələbəni bütün türk dünyasının zəfəri hesab edirlər

Qırx dörd gün davam edən haqq savaşımızda Rəşadətli Ordumuz şücaət və qəhrəmanlıq göstərərək Böyük Qələbə qazandı. Yenilməz ordumuzun ardıcıl zəfər yürüşləri ilə Vətən müharibəsində düşməni dizi üstə çökdürdük. Müqəddəs Qarabağımızın azad olunması xalqımızda sonsuz sevgi və coşqu yaratdı. Bu zəfərlər içərisində 8 noyabr tarixi də təqvimə qızıl hərflərlə yazıldı. 8 may işğal tarixi təqvimdən silindi, əvəzinə 8 noyabr – Şanlı Qələbə Günü həkk olundu, Qarabağın üzük qaşı hesab etdiyimiz Şuşa şəhəri düşmən əsarətindən qurtuldu.